DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tehrandakı teraktlar: ölənlərin və yaralananların sayı artıb

İranın paytaxtı Tehran şəhərində ötən gün baş vermiş terror aktlarında ölənlərin sayı 13-ə çatıb.VOİCEPRESS bildirir ki, bu barədə "Reuters" İranın daxili…

|
Tehrandakı teraktlar: ölənlərin və yaralananların sayı artıb

İranın paytaxtı Tehran şəhərində ötən gün baş vermiş terror aktlarında ölənlərin sayı 13-ə çatıb.
VOİCEPRESS
bildirir ki, bu barədə “Reuters” İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfqariyə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, terror aktları zamanı həmçinin yaralananların da sayı 43 nəfərə çatıb.
Qeyd edək ki, iyunun 7-də bir neçə nəfərdən ibarət terrorçu qrup ayətullah Xomeyninin məqbərəsinə və İran parlamentinə hücum edib. İranın Daxili İşlər Nazirliyi onlardan birinin zərərsizləşdirildiyini bildirib.
İlkin məlumatda bildirilirdi ki, hücumlar nəticəsində 12 nəfər ölüb, 42 nəfər müxtəlif cür xəsarət alıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR