DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Suriyada uşaqları zəhərləyən cəllad tapıldı

Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib.87 dinc sakinin, o…

|
Suriyada uşaqları zəhərləyən cəllad tapıldı

Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan “zarin”li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib.

87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib.

VOİCEPRESS
Al Jazeera-ya istinadən bildirir ki, general M.Həsuri Suriya prezidenti Bəşər Əsədin ordusunda eskadra komandiridir.

Suriya parlamentinin Hələb şəhərindən olan deputatı, rəsmi Dəməşqin funksionerlərindən biri Farez Şəhabi Twitter-dəki profilində general Həsurinin fotosunu dərc edib. Fotoda Suriya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Əli Abdulla Əyyub onun əlini sıxır.

Foto bu sözlərlə müşayiət olunub: “General Həsuriyə “Əl Qaida”nın İdlib vilayətindəki Xan Şeyhun şəhərindəki anbarlarını uğurla vurduğuna görə minnətdarlıq edilir”.

Suriyanın hakimiyyət dairələri bildirirlər ki, onlar Xan Şeyhunda “terrorçuların kimyəvi-zəhərləyici maddəli sursatları saxladıqları anbarları” vurublar.

General Həsuri Xan Şeyhundan 22 km aralıdakı Latamin kəndinə də martın 30-da “zarin”li bombalar atmışdı.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR