DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Suriyada daxili müharibə başa çatdı

Rusiya Müdafiə Nazirliyinin Əməliyyat Şöbəsinin rəhbəri, general Sergey Rudskoy Suriya ilə bağlı maraqlı açıqlamalar verib.VOİCEPRESS xəbər verir ki, S.Rudskoy…

|
Suriyada daxili müharibə başa çatdı

Rusiya Müdafiə Nazirliyinin Əməliyyat Şöbəsinin rəhbəri, general Sergey Rudskoy Suriya ilə bağlı maraqlı açıqlamalar verib.

VOİCEPRESS xəbər verir ki, S.Rudskoy bu il mayın 4-də Rusiya, Türkiyə və İranın birlikdə imzaladığı “Suriyada müharibsiz bölgələr” planının müsbət nəticələr verdiyini söyləyib.

Onun sözlərinə görə, hazırda Suriyanın əksər hissələrində müharibə dayanıb:

“Buna görə də Suriyada daxili savaşın bitdiyini elan edə bilərik. Müstəqil Suriya dövləti öz torpaqlarına nəzarət edə biləcək vəziyyətə gəlib”.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi 15 mart 2011-ci ildə başlayıb. Geridə qalan müddətdə qeyri-rəsmi rəqəmlərə əsasən 500 minə yaxın insanın öldüyü bildirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR