VOİCEPRESS bildirir ki, şahzadə 1997-ci ildə yol qəzasında dünyasını dəyişən anası Diananın ölümündən danışıb:
“Mən çox istəyərdim ki, anam Keytlə (Keyt Middlton-xanımı. Red.) tanış olsun, nəvələri Corcla Şarlottanın necə böyüdüklərini görsün, onlarla məsləhətləşsin. Uşaqlarımın heç vaxt nənələri ilə tanış olmayacaqları düşüncəsi məni kədərləndirir və qəribə peşmançılıq hissi yaradır”.
34 yaşlı şahzadənin sözlərinə görə, artıq o, anasının yoxluğu ilə barışmalı olub:
“İndi özümü əvvəlkindən daha yaxşı hiss edirəm. Başa düşdüm ki, emosiyalarıma nəzarət etməliyəm. Demək olar ki, mənə bu mərhələni adlamaq üçün 20 il vaxt lazım oldu. Ailəmin dəstəyi mənə güc verir. İstəyirəm ki, övladlarım azad, sərbəst böyüsünlər, sarayın divarları arasında yox”.
VOİCEPRESS.AZ