DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Səudiyyə Ərəbistanı Qətər vətəndaşlarına: “Krallığı tərk edin”

Səudiyyə Ərəbistanı Krallığı bütün Qətər vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri barədə bəyanat verib.VOİCEPRESS xəbər verir ki, bu məcburi ölkəni…

|
Səudiyyə Ərəbistanı Qətər vətəndaşlarına: “Krallığı tərk edin”

Səudiyyə Ərəbistanı Krallığı bütün Qətər vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri barədə bəyanat verib.

VOİCEPRESS xəbər verir ki, bu məcburi ölkəni tərk etmə yalnız müqəddəs ziyarətə gələn qətərli zəvvarlara aid edilmir.

Bəyanatda zəvvarlar istisna olmaqla, bütün Qətər vətəndaşlarının 14 gün ərzində krallığı tərk etmələri tələb olunur.

Qeyd edək ki, eləcə də Qətər diplomatlarına da krallıq ərazisini tərk etmək üçün vaxt verilib.

Xatırladaq ki, bu addım yalnız Səudiyyə Ərəbistanı Krallığı tərəfindən atılmayıb. Belə ki, Krallıqla yanaşı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də Qətərlə diplomatik münasibətlərin qırılması barədə qərar qəbul ediblər. Qeyd edək ki, bu dörd ərəb ölkəsi Qətəri terrorizmə dəstəkdə ittiham edir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR