“Bu təcavüzkarlıq aktı, sülh prosesini baltalamağa və rejimi dəyişməyə yönəlmiş bir cəhddir. Bu cəhdlər uğurla nəticələnməyəcək. ABŞ və müttəfiqlərinin Suriyanın suverenliyinə hörmət bəsləməsi, aprelin 7-də baş verən hadisənin (ABŞ Suriyanı bombalayıb) təkrarlanmasına imkan verməmək lazımdır. Çünki belə bir hərəkətin təkrarlanması, həm regional, həm də qlobal təhlükəsizlik baxımından çox ciddi nəticələr doğurar” deyə Lavrov əlavə edib.
İdlibdə kimyəvi hücum olubsa, bunun səbəbkarlarının ortaya çıxarılmasının vacib olduğunu da qeyd edən Lavrov, baş verənləri Suriya hökuməti ilə müxaliflər arasında başlayan danışıqları pozmaq cəhdi kimi qiymətləndirib. Sergey Lavrov kimyəvi silahla bağlı xəbərlərin uydurma olduğunu bildirib.
XİN rəsmisi Suriya hökumətinin malik olduğu kimyəvi silahların 2013-cü ildə ABŞ ilə bağlanan müqavilə əsasında məhv edildiyini də xatırladıb. “Rusiya qədər ABŞ da bu müqavilənin təminatçısıdır” deyib.
Rusiya XİN başçısı terrorla mübarizə və Suriyada sülhün təmin edilməsi üçün rəsmi Dəməşqi dəstəkləməyə davam edəcəklərini də əlavə edib.
VOİCEPRESS.AZ