Rusiya Tacikistan və Qırğızıstanda öz hərbi bazalarını yeni silahlarla gücləndirəcək.
VOİCEPRESS xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının müdafiə nazirlərinin iclasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
“Moskva bununla Əfqanıstandakı terror aktivliyinin Mərkəzi Asiyaya keçməsinə maneə yaratmağı hədəfləyir. Buna görə də biz Tacikistan və Qırğızıstandakı bazalarımızı gücləndiririk”, – deyə o bildirib.
VOİCEPRESS.AZ