DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiya Türkiyəyə son qadağanı da götürür

Rusiya Baş nazir müavini Arkadi Dvorkoviç pomidor suyu və tomat hazırlanması üçün bu ilin noyabrından 2018-ci ilin aprelinədək pomidor idxalına icazə…

|
Rusiya Türkiyəyə son qadağanı da götürür

Rusiya Baş nazir müavini Arkadi Dvorkoviç pomidor suyu və tomat hazırlanması üçün bu ilin noyabrından 2018-ci ilin aprelinədək pomidor idxalına icazə veriləcəyini söyləyib.

VOİCEPRESS xəbər verir ki, bunu o, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı söyləyib.

“Türkiyə ilə danışıqlarımız davam edir. Pomidor suyu, tomat kimi məhsulları istehsal edən firmalar üçün məhsulun ucuz olması əhəmiyyətlidir. Bu il rus istehsalçılarına zərər vermədən idxalı necə edəcəyimizi araşdırırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Ərdoğanla Putinin mayın 3-də Soçidə keçirdiyi görüşdən sonra bütün qadağalar aradan qaldırılsa da, Türkiyədən pomidor idxalına qoyulan məhdudiyyət saxlanılmışdı. V.Putin bunu Rusiyanın kənd təsərrüfatına subsidiyaların ayrılması və pomidor istehsalının artıq başladığı, hazırkı məqamda yerli istehsalçılara rəqabət yaradılmaması ilə izah etmişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR