VOİCEPRESS-in “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin Silahlanmaya Nəzarət Komitəsinin rəhbəri Mixail Ulyanov deyib ki, Suriyadakı bütün kimyəvi silahlar 2014-cü ildə ABŞ-ın köməyi ilə ölkədən çıxarılıb.
Ulyanov, ABŞ Prezidentinin köməkçisi Mayk Pensinin ” Moskva və Dəməşq Suriyanın kimyəvi silahları məhv etmək öhdəliyini yerinə yetirməyib” – açıqlamasını da mənasız adlandırıb.
Məsələyə rəsmi Moskva da münasibət bildirib. Kremlin sözcüsü Dmitri Peskov deyib ki, Suriyada kimyəvi silahdan istifadə etmək Bəşər Əsədə qarşı olanlar üçün yararlıdır: “İdlibdə kimyəvi silahdan istifadə ilə bağlı ittiham təhlükəli və vəhşi bir ittihamdır”.
VOİCEPRESS.AZ