DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İraq kürdləri müstəqilliyə hazırlaşırlar

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı…

|
İraq kürdləri müstəqilliyə hazırlaşırlar

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı açıqlayıblar.

VOİCEPRESS Al Jazeera-ya istinadən bildirir ki, İraq Kürdüstanının prezidenti Məsud Bərzaninin köməkçisi Hemin Xəvranın dediyinə görə, plebissit sentyabrın 25-də olacaq. Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər.

Kürd məmurların dediklərinə görə, referendumun keçiriləcəyi ərazilərə onlar Kərkükü və bu şəhərin ətrafını da daxil ediblər. Hazırda həmin bölgəyə kürdlərin silahlı birləşmələri olan “peşmərgə”lər nəzarət etsələr də, Kərkük şəhərini rəsmi Bağdad kürd ərazisi hesab etmir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR