DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Putin Qətər böhranına qarışdı: Əmirə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Tamimlə son krizisi müzakirə edib.VOİCEPRESS xəbər verir ki, Kremlin yaydığı məlumatda V.Putinin krizisin yalnız…

|
Putin Qətər böhranına qarışdı: Əmirə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Tamimlə son krizisi müzakirə edib.

VOİCEPRESS xəbər verir ki, Kremlin yaydığı məlumatda V.Putinin krizisin yalnız siyasi-diplomatik yolla çözülməli olduğu barədə Rusiyanın qəti mövqeyini ifadə etdiyi qeyd olunub.

Liderlər həmçinin ikitərəfli əlaqələri, iqtisadi-ticari və investisiya sahəsindəki münasibətləri, aprel ayında keçirilən ikitərəfli hökumətlərarası komissiyanın iclasının nəticələrini müzakirə ediblər.

Prezidentin mətbuat katibi Peskov bildirib ki, Rusiya Fars körfəzində xoş münasibətlərin olmasında maraqlıdır, amma heç bir halda dövlətlərin daxili və ikitərəfli münasibətlərinə qarışmaq niyyətində deyil. O, Qətər ətrafında baş verənlərin terrorizmə qarşı mübarizəyə təsir etməyəcəyinə ümidvar olduğunu da bildirib.

Qeyd edək ki, 8 ölkə – Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki Qətərlə münasibətləri dayandırıb. Onlar buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsini əsas göstəriblər.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR