DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

NATO-ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplanacaq

NATO ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək ilk növbədə Ukraynadakı son hadisələri müzakirə edəcəklər…

|
NATO-ölkələrinin xarici işlər nazirləri Brüsseldə toplanacaq

NATO ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək ilk növbədə Ukraynadakı son hadisələri müzakirə edəcəklər.

Voicepress.az xəbər verir ki, iki gün davam edəcək görüş NATO-nun Brüsseldəki əsas qərargahında axşam saatlarında başlayacaq.

İclas NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ dövlət katibi Antoni Blinkenin birgə bəyanatları ilə açılacaq.

Stoltenberq dünən verdiyi açıqlamada xarici işlər nazirlərinin Ukraynadakı son hadisələri müzakirə edəcəklərini, Ukraynaya kimyəvi və bioloji hücum təhlükəsinə qarşı yardım, qoruyucu vasitələr, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri və digər avadanlıqlarla təmin olunmasını müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, bu gün Brüsseldə Prezident İlham Əliyev, Ermənistan Prezidenti Nikol Paşinyan və Aİ sədri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR