DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Moskvada GÜCLÜ QASIRĞA: ÖLƏNLƏR VAR – YENİLƏNİB

20:19Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər ölüb.VOİCEPRESS xəbər verir ki, bu barədə Moskva Səhiyyə departamentindən…

|
Moskvada GÜCLÜ QASIRĞA: ÖLƏNLƏR VAR – YENİLƏNİB

20:19

Rusiyanın paytaxtı Moskvada baş verən güclü qasırğa nəticəsində 11 nəfər ölüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Moskva Səhiyyə departamentindən bildiriblər.

Xəstəxanalara tibbi yardım üçün 50-dən çox insan müraciət edib. Onların arasında uşaqların da olduğu bildirilir. Xəsarət alanlar Moskvanın 10 xəstəxanasına yerləşdirilib. Hazırda onlara müvafiq tibb yardım göstərilir. Səhiyyə departamentinin rəsmisi bildirib ki, xəsarət alanların sayının artması istisna edilmir.

18:30

Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.

VOİCEPRESS bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

“Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 5 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə yaşlı kişi hadisə yerində ölüb”, – deyə İvanova bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR