DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Milyonları kövrəldən Ümranın indiki halı – Ailəsi Əsədi dəstəkləyir – VİDEO

Hələbdəki hava hücumu zamanı dağıntılar altında qalan 5 yaşlı Ümranın şəkilləri bütün dünyanı "silkələmişdi". Ümran Daqneşin şəkli Əsəd rejiminin vəhşiliyinin…

|
Milyonları kövrəldən Ümranın indiki halı – Ailəsi Əsədi dəstəkləyir – VİDEO

Hələbdəki hava hücumu zamanı dağıntılar altında qalan 5 yaşlı Ümranın şəkilləri bütün dünyanı “silkələmişdi”. Ümran Daqneşin şəkli Əsəd rejiminin vəhşiliyinin və bundan ən çox əziyyət çəkənlərin uşaqlar olmasının sübutu idi. Şəkil Suriyadakı dəhşətin unudulmaz simvoluna çevrilmişdi.

Dağıntıların arasından xilas edilən, təcili tibbi yardımın arxasında oturan, üzü-gözü qana bulaşmış, üstü-başı toz içində olan, keçirdiyi şokun təsirindən çıxa bilməyən Ümranın şəkli bütün dünyanın diqqətini çəkmişdi. Onun 10 yaşlı qardaşı isə hücum zamanı ölmüşdü.

VOİCEPRESS
“Dailymail”ə istinadla bildirir ki, onun yeni görüntüləri yayılıb. Ailəsi ilə birlikdə olan Ümranın sağlamlığı yerindədir.

Əsəd rejiminin qurbanı olan Ümranla bağlı hazırlanan reportajda ailəsi bu iddiaları təkzib edib. Onlar rejimi dəstəklədiklərini dilə gətiriblər.

Ümranın yeni evindən reportaj hazırlanıb. Reportaj zamanı o, atasının qucağında oturub.

Reportaj Əsəd rejimini dəstəkləyən Liviya televiziya kanalı “Al-Mayadeen” tərəfindən hazırlanıb.

Əsədin tərəfdarı olan jurnalist Kinana Allouç Ümranın şəklini Tvitter-də yayıb və qeyd edib ki, Əsəd rejiminin qurbanı kimi təqdim edilən Ümran hazırda ailəsi ilə birlikdə Suriyada yaşayır.

“Suriyanı qan gölünə döndərməyə çalışanlar Ümranın görüntülərindən istifadə edərək bunu dünyaya yanlış təqdim edirlər. Bu Ümrandır. O, indi Suriyada ailəsi ilə birlikdə yaşayır”.

Jurnalist bu günə qədər mediaya açıqlama verməkdən qorxan Daqneş ailəsi ilə reportaj hazırladığı zaman çəkilən şəkilləri də yayıb.

Qeyd edək ki, Sama TV-də işləyən jurnalist Kinana Allouç ötən il üsyançıların cəsədləri ilə birlikdə çəkdirdiyi selfi ilə özünə nifrət qazanmışdı.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR