DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Laricanidən SƏRT AÇIQLAMA: “ABŞ özü ən böyük İŞİD-dir”

İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib.VOİCEPRESS bildirir ki, Ə.Laricani bu sözləri Tehranda terror…

|
Laricanidən SƏRT AÇIQLAMA: “ABŞ özü ən böyük İŞİD-dir”

İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib.

VOİCEPRESS bildirir ki, Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib.

O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: “Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, ABŞ ordusu və MKİ İŞİD-in arxasında dayanır”.

Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Qeyd edək ki, iyunun 7-də Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR