DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kuleba və Lavrovun görüşü başa çatdı – Razılıq əldə olunmadı

Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin Antalyadakı zirvə görüşündən sonra Ukrayna Xarici İşlər naziri Kuleba verdiyi açıqlamada “Atəşkəs mövzusunda…

|
Kuleba və Lavrovun görüşü başa çatdı – Razılıq əldə olunmadı

Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin Antalyadakı zirvə görüşündən sonra Ukrayna Xarici İşlər naziri Kuleba verdiyi açıqlamada “Atəşkəs mövzusunda razılaşma əldə edilmədi” dedi.

Voicepress.az Türk mətbuatına istinadən xəbər verir ki, Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin bu gün Antalyada keçirilən zirvə görüşündə atəşkəslə bağlı heç bir müsbət nəticə əldə olunmayıb. 

Məqsədlərinin Ukraynadakı müharibəyə son verilməsi olduğunu bildirən Kuleba: “Lavrovun tələbləri kapitulasiya siyahısıdır. Görüşdə əsas istəyimiz 24 saatlıq humanitar atəşkəs idi. Uşaqlar, qadınlar həlak olur. Lakin Lavrov bu məsələ ilə bağlı heç bir təminat vermədi” deyib. Sonra əlavə edib ki: “Biz müharibəni dayandıra bilmirik. Bizə hücum edən ölkə və dövlət bunu istəmirsə müharibə dayanmayacaq”.

Rusiya Xarici İşlər naziri Lavrov isə: “Həllə yönələn hər addımı dəstəkləyirik. Humanitar dəhlizin açılması təklifimizi təkrarladıq. Böhranın təməlli həllinə qovuşmasını istəyirik” dedi.

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR