DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İranın Xarici İşlər naziri Davos İqtisadi Forumunda iştirakdan imtina edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib. VOİCEPRESS-in istinadən verdiyi…

|
İranın Xarici İşlər naziri Davos İqtisadi Forumunda iştirakdan imtina edib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməkdən imtina edib.

VOİCEPRESS-in istinadən verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

“İranın Xarici İşlər nazirinin Davosdakı iqtisadi forumda iştirak etmək üçün İsveçrəyə səfəri planlaşdırıldı. Lakin rəsmi dəvətə baxmayaraq, nazir proqramın gündəliyini dəyişdirib və bu səbəbdən Davosa səfər baş tutmayacaq”, – deyə A. Musəvi qeyd edib.

A. Musəvi M. C. Zərifin Davos səfərindən imtina etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, yanvarın 21-24-də Davosda yubiley, 50-ci Dünya İqtisadi Forumu keçiriləcək. Tədbirin iş proqramında 600-dən çox məruzəçinin iştirak edəcəyi 400-ə yaxın iclas yer alıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR