DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Hindistanda ildırım vurması nəticəsində 18 nəfər ölüb

Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ən azı 18 nəfər ölüb.VOİCEPRESS xəbər verir ki, ştatın Fövqəladə Hallar Departamentinin nümayəndəsi…

|
Hindistanda ildırım vurması nəticəsində 18 nəfər ölüb

Hindistanın Bihar ştatında ildırım vurması nəticəsində ən azı 18 nəfər ölüb.

VOİCEPRESS xəbər verir ki, ştatın Fövqəladə Hallar Departamentinin nümayəndəsi Anirudx Kumar bildirib ki, bazar günü ildırım vurması nəticəsində ölüm halları ştatın səkkiz mahalında qeydə alınıb.

İldırımın daha çox qurbanı Şərqi Çamparan mahalında olub. Burada 5 nəfər ildırım vurması nəticəsində ölüb.

Daha beş nəfər isə Qərbi Çamparanda bir neçə yerdə tufan zamanı güclü küləyin aşırdığı divarın altında qalaraq ölüb.

Burada küləyin sürəti 50-70 km/saata çatıb. Ştatda ümumilikdə 23 nəfər təbii fəlakətin qurbanı olub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR