DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İftarı necə açmaq lazımdır?

Bu məsələ ilə əlaqədar hədislərə və peyğəmbərimizin (s. a. v.) tutumuna baxdığımız vaxt belə məlum olur ki, xurması olanlar xurma ilə, olmayanlar da su ilə…

|
İftarı necə açmaq lazımdır?

Bu məsələ ilə əlaqədar hədislərə və peyğəmbərimizin (s. a. v.) tutumuna baxdığımız vaxt belə məlum olur ki, xurması olanlar xurma ilə, olmayanlar da su ilə iftar edə bilərlər. Daha doğrusu, bu barədə belə bir tövsiyyə var.

VOİCEPRESS muselmanlar.com-a istinadən bildirir ki, Salman ibn Amir Əd-Dabbidən (r. a.) nəql edildiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurub:

“Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir”.1

Ənəs (r. a.) deyib ki, peyğəmbər (s. a. v.) axşam namazından (namazı qılmamışdan) əvvəl bir neçə təzə xurma ilə orucunu açardı. Əgər təzə xurma tapmasa, quru bir xurmayla iftar edərdi. Quru xurma da tapmasa, bir neçə qurtum su içib iftar edərdi.2

Burada bir məsələyə fikir vermək lazımdır ki, orucu mütləq xurma ilə açmaq lazım deyil. Belə bir şərt yoxdur və bu, sadəcə olaraq bir tövsiyədir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR