“Başqalarından fərqli olaraq, nail olacağam ki, Putin mənə hörmətlə yanaşsın, çünki Rusiyaya borcum yoxdur”. VOİCEPRESS bildirir ki, Makron bunu “Jeune Afrique” nəşrinə müsahibəsində deyib.
Prezidentliyə namizədin sözlərinə görə, seçkiləri qazanacağı halda Putinə qətiyyətlə bildirəcək ki, Suriya və Ukraynadakı münaqişələrin tənzimlənməsi üzrə dialoqa hazırdır.
O, sözlərinə əlavə edib ki, Almaniya ilə müştərək olaraq, “Rusiya öhdəliklərini yerinə yetirdikcə” həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyaları aradan qaldıracaq və Rusiya ilə Avropa İttifaqı arasında siyasi və iqtisadi tərəfdaşlığı inkişaf etdirəcək.
VOİCEPRESS.AZ