DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

DYP “Bakı Bus”un sürücüsünü cərimələdi

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan Bakı Bus MMC-yə məxsus avtobusun sürücüsü cəzalandırılıb.Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi…

|
DYP “Bakı Bus”un sürücüsünü cərimələdi

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan Bakı Bus MMC-yə məxsus avtobusun sürücüsü cəzalandırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Report-a verilən məlumata görə, 13 nömrəli xətt üzrə hərəkət edən 99 JX 266 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücünün Kərimov Kamran Ağakərim oğlu olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) maddəsinə əsasən, protokol tərtib edilib. Beləliklə, sürücü 4 cərimə balı yazılmaqla 100 manat cərimə edilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR