DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda tikilir

Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində xeyriyyəçi dağ yəhudilərinin təşəbbüsü ilə yəhudi muzeyi tikilir.Muzey Krasnıy Slabodada, "Karçoqi" tarixi…

|
Dünyada dağ yəhudilərinin ilk muzeyi Azərbaycanda tikilir

Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində xeyriyyəçi dağ yəhudilərinin təşəbbüsü ilə yəhudi muzeyi tikilir.

Muzey Krasnıy Slabodada, “Karçoqi” tarixi sinaqoqunun binasında açılacaq.
VOİCEPRESS Eurasia Diary-yə istinadən bildirir ki, Krasnaya Sloboda qəsəbəsinin icra başçısı sovet dövründə sinaqoqdan təyinatı üzrə istifadə olunmadığını deyib.

“Bu sinaqoqda bir zamanlar kənd təssərrüfatı məhsulları saxlanırdı. SSRİ dağldıqdan bina təmaimlə baxımsız vəziyyətdə qaldı. Buna görə də muzeyin yaradılması ilə bir tərəfdən muzey üçün məkanın təyin olunması, digər tərəfdən ibadət evinin bərpası üçün imkan yaranıb. Bizə Qod Nisanov, Zarax İliyev və German Zaxaryev kimi xeyriyyəçiliklə məşğul olan şəxslər böyük köməklik göstərib.

Krasnaya Slaboda qəsəbəsinin icra başçısı qeyd edib ki, muzeydə dağ yəhudilərinin tarixini əks etdirən müxtəlif əşyalar nümayiş etdiriləcək.

“Məişət, adətlər, ayinlər, geyimlər – bütün bunlar muzeyin ekspozisiyasında yer alacaq. Muzeyin bədii tərtibatı ilə məşğul olan STMEQİ xeyriyyə fondu ailələrindəki qorunub saxlanmış dəyərli əşyaları muzeyə gətirmələri üçün əhaliyə müraciət edib. Muzey Allahın köməkliyi ilə gələn il açılacaq”, deyə Pesax İsakov bildirib.

Eurasia Diary Qubada inşa edilən muzeyin eskizini oxucularına təqdim edir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR