Ankarada xüsusi əməliyyat – 25 ədliyyə işçisi saxlanıldı
Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq tədbirləri çərçivəsində paytaxtda ədliyyə sahəsində çalışan 32 nəfər haqqında saxlanılma qərarı verilib.VOİCEPRESS "qafqazinfo"-ya istinadən xəbər verir ki, 32 nəfərdən 25-i saxlanılıb, 7 nəfərin axtarışı isə aparılır.Şübhəlilərin mobil telefonlarında FETÖ-yə üzv şəxslərin təşkilatdaxili əlaqə üçün işlətdikləri "ByLock" proqramı olduğu aşkarlanıb.VOİCEPRESS.AZ