Berdımuhəmmədov yenə prezident oldu – 97,69% səslə
Türkmənistanda prezident seçkisinin nəticələri açıqlanıb. Ölkənin prezidenti Qurbanqulu Berdımuhəmmədov yenidən bu posta seçilib. VOİCEPRESS-in "Turkmenistan seqodnya"ya istinadla verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası Berdımuhəmmədov seçicilərin 97,69% səs topladığını açıqlayıb.Ümumilikdə səsvermədə seçki hüququ olanların 98 faizə yaxını iştirak edib. O, üçüncü dəfə bu posta namizədliyini verərək seçilib. Berdımuhəmmədovdan başqa bu post uğrunda daha 8 nəfər mübarizə [...]