Deputat yol qəzasında ölüb
Ukraynanın Dnepropetrovsk şəhərində ağır yol qəzası baş verib. VOİCEPRESS “112 Ukrayna” telekanalına istinadən xəbər verir ki, idarəetməni itirən “Mazda “ markalı avtomobil hasara çırpılıb. Hadisə nəticəsində sürücü, Dnepropetrovsk Vilayət Sovetinin Radikal Partiyasından olan deputatı Sergey Lyaşşenko ölüb, onun sərnişini ağır yaralanaraq xəstəxanaya çatdırılıb.Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.VOİCEPRESS.AZ