Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər
Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər. VOİCEPRESS xəbər verir ki, bunu Ermənistanın "Regional Post - Caucasus" jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq. Bu, şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq", - o vurğulayıb. Nazir [...]