Rusiyada güclü zəlzələ oldu
Kamçatka yarımadasının şərqində 6,6 bal gücündə zəlzələ olub.VOİCEPRESS xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.Məlumata görə, zəlzələ 6,6 bal gücündə olub. Yeraltı təkanlar Ust-Kamçatsk yaşayış məntəqəsindən 89 kilometr şimal-şərqdə qeydə alınıb.Zəlzələnin episentri 22,8 kilometr dərinlikdə yerləşib.Hələlik xəsarət alanlar və dağıntı barəsində məlumat verilmir. VOİCEPRESS.AZ