Tramp Mahmud Abbas ilə görüşəcək
ABŞ prezidenti Donald Tramp Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla görüşəcək.VOİCEPRESS xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.Onun sözlərinə görə, görüş mayın 3-də Ağ Evdə, Mahmud Abbasın ABŞ-a rəsmi səfəri çərçivəsində baş tutacaq. Qeyd edək ki, bundan əvvəl Fələstinin Rusiyadakı səfiri M.Abbasın mayın 11-də Moskvaya səfər edəcəyini bildirib.VOİCEPRESS.AZ