“Euronews” Azərbaycan halvasından reportaj hazırladı – VİDEO
"Euronews" telekanalı izləyicilərini Azərbaycanla tanış etməyi davam etdirir.VOİCEPRESS bildirir ki, "Postcard" verilişinin növbəti buraxılışı halvanın hazırlanmasına həsr olunub.Süjetdə qeyd olunub ki, bu şirniyyat eramızdan əvvəl 7-ci əsrdə Mesopotamiyada məşhur idi."Əsl halvanı yalnız Azərbaycanda dadmaq olar. Burada hər regionun öz resepti var. Yəqin ki, ən dadlısı Şəkidə hazırlanır", - süjetdə deyilir.VOİCEPRESS.AZ