Ukraynada iri beynəlxalq hərbi təlimlər başlayıb
Ukraynanın Lvov vilayətində "Rapid Trident-2017" iri beynəlxalq hərbi təlimlər başlayıb.VOİCEPRESS bildirir ki, təlimlərdə 14 ölkədən 2500-dən çox hərbçi iştirak edəcək.Ukrayna, Gürcüstan, ABŞ, Türkiyə, Böyük Britania və digər ölkələrdən hərbçilərin qatıldığı hərbi təlimlər sentyabrın 23-dək davam edəcək.Qeyd edək ki, bu təlimlərlə eyni zamanda, sentyabrın 14-dən 20-dək Rusiya və Belarusun bir neçə poliqonunda "Qərb-2017" təlimləri keçiriləcək.VOİCEPRESS.AZ