Bərzaninin başqa seçimi qalmayacaq
Ərbil referendumun nəticələrini tamamilə ləğv etmək məcburiyyətində qalacaq.VOİCEPRESS xəbər verir ki, bunu Misir Xarici Siyasət Şurasının icraçı direktoru İzzət Saad bildirib."Bağdadın mövqeyindən yanaşsaq, referendum nəticələrinin dondurulması qəbuledilməzdir, tamamilə ləğv edilməsi lazımdır. Yəni, İraq referendumun heç vaxt olmamış kimi hərəkət edilməsini tələb edir. Güman edirəm ki, İKM-nin bunu qəbul etməkdən başqa seçimi qalmayacaq", - Saad vurğulayıb.VOİCEPRESS.AZ