İngiltərədəki Kembric Universitetinin Kitabxanası Çarlz Darvinin 22 il əvvəl yoxa çıxan iki dəftərinin tapıldığını açıqlayıb.
Voicepress.az xəbər verir ki, bu barədə Kembric Universitetinin kitabxanası məlumat paylaşıb. Kitabxanadan verilən açıqlamada bildirilir ki, içərisində “Kitabxanaçı, Pasxa bayramınız mübarək, X” yazısı olan çəhrayı bir hədiyyə çantasının içərisində 1837-ci ilin simvolik “Həyat Ağacı” eskizini ehtiva edən Darvinə məxsus iki dəftərin tapılıb.

Bildirilib ki, 15 ay əvvəl iki dəftərin Kembric Universitetinin Kitabxanasına qaytarılması ilə bağlı dünya ictimaiyyətinə çağırış edilib və dəftərlər 9 mart 2022-ci il tarixində anonim şəkildə Kitabxanaya qaytarılıb.

Təkamüllə bağlı araşdırmaları ilə tanınan ingilis təbiətşünas, geoloq və bioloq Çarlz Darvinin 1837-ci ildə məşhur Həyat Ağacının eskizini çəkdiyi dəftərlərin yaxşı vəziyyətdə olduğu və heç bir zərə çəkmədiyi bildirilib.

Qeyd edək ki, Darvinin dəftərləri ilk dəfə 2000-ci ilin sentyabrında Xüsusi Kolleksiya Xəzinə Otağından (ən nadir və ən qiymətli əşyaların saxlandığı yer) fotosessiya üçün çıxarılıb və 2001-ci ilin yanvarında müntəzəm yoxlamalar zamanı dəftərlərin olduğu qutu həmişəki yerinə qoyulmayıb.
\voicepress.az\