DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Daha iki ölkə Qətər ilə əlaqələri kəsdi

Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib.VOİCEPRESS xəbər verir ki, Yəmən və Liviya da Qətəri terrorizmə dəstək verməkdə və regionun…

|
Daha iki ölkə Qətər ilə əlaqələri kəsdi

Daha iki ölkə Qətər ilə diplomatik əlaqələrini kəsdiyini elan edib.
VOİCEPRESS
xəbər verir ki, Yəmən və Liviya da Qətəri terrorizmə dəstək verməkdə və regionun sabitliyini pozmaqda ittiham edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynə qoşulub.

Rəsmi Sana Qətəri Yəmən ərazisində ekstremist qruplara dəstək verməkdə günahkar adlandırıb.

Qeyd edək ki, Qətər və qonşuları arasındakı münaqişə Körfəz ölkələri və ABŞ arasında keçirilən Ər-Riyad sammitindən bir həftə sonra – Qətərin xəbər agentliyinin ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirməsi ilə yaşanıb. Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.

Sonradan Qatar Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə hakerlər tərəfindən dərc edildiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR