DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Çində avtobusun yolda yaranmış çuxura düşməsi nəticəsində 6 nəfər ölüb

Çinin şimal-qərbindəki Sinin şəhərində yolda qəfildən çuxurun yaranması və bir avtobusun çuxura düşməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb…

|
Çində avtobusun yolda yaranmış çuxura düşməsi nəticəsində 6 nəfər ölüb

Çinin şimal-qərbindəki Sinin şəhərində yolda qəfildən çuxurun yaranması və bir avtobusun çuxura düşməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.

VOICEPRESS xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əvvəl “SINA” informasiya portalı hadisə zamanı 13 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü barədə məlumat vermişdi.

Bildirilir ki, hadisə bazar ertəsi yerli vaxtla 17:36-da (Bakı vaxtı ilə 13:36) baş verib. Xilasedicilər hadisə yerində işləri davam etdirir. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətlərinin stabil olduğunu bildirib.

İnsidentin səbəbləri araşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR