DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Çavuşoğlu: “Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

“Biz NATO-nu daha da güclü edəcəyik”. VOİCEPRESS-in xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə…

|
Çavuşoğlu: “Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”

“Biz NATO-nu daha da güclü edəcəyik”.

VOİCEPRESS-in xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

S-400 zenit raket sistemi ətrafında yaranan gərginliyə münasibət bildirən Türkiyə XİN başçısı NATO müttəfiqlərindən hava hücumundan müdafiə sistemi ala bilmədiklərini üçün Rusiyaya müraciət etdiklərini qeyd edib: “Bu, seçim deyildi, əksinə zərurət idi. Biz NATO-nu zəiflədəcək hər hansı bir addım atmayacağıq”.

M. Çavuşoğlu vurğulayıb ki, Almaniya və Fransa Rusiyanı narazı salmamaq üçün Gürcüstanı NATO-ya qəbul etməkdən çəkinir: “Ancaq biz hər zaman Gürcüstanın NATO-ya üzvlük məsələsini gündəmə gətirir və Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR