Ukraynanın Buça şəhərində aparılan axtarış əməliyyat zamanı bir çox evdə mülki vətəndaşların cəsədləri tapılıb. Tapılan meyitlərdən 28-i dəfn olunub.
Voicepress.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın Buça şəhərindən dəhşətə gətirən görüntülər gəlməkdə davam edir. Dinc əhaliyə qarşı törədilən qətliamın miqyasının gündən-günə artdığı Buçada, indiyədək yüzlərlə cəsəd tapılıb.

Mülki şəxslərin cəsədlərini evlərdən çıxarılması davam edir. Dinc sakinlərdən bəzilərinin yatarkən yatağında güllələndiyi, bəzilərinin isə evlərinin zirzəmilərində öldüyü görünür.

\voicepress.az\