“Report”un Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 302 919,97 min dollar və ya 23,23% çoxdur. Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 7,76% təşkil edir.
Bu məbləğin 423 234,91 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 36 303,69 min dollar və ya 9,38% azdır. Rusiyanın ixracının Azərbaycanın ümumi ixracdakı payı 3,45% təşkil edir.
Bu ilin 7 ayı ərzində Azərbaycan Rusiyaya 1 183 761,94 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 266 616,28 min dollar və ya 29,07% çoxdur. Rusiyanın idxalının Azərbaycanın ümumi idxaldakı payı 14,04% təşkil edir.
Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 304 076,88 min dollar təşkil edib. Bu həcmin 386 931,22 min dolları Azərbaycanın ixracının, 917 145,66 min dolları isə Azərbaycanın idxalının payına düşüb.
VOİCEPRESS.AZ