DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Ötən il ərzində Azərbaycanda 3 711,6 kq qızıl hasil edilib ki, bu da 2018-ci il ilə müqayisədə 6,8% çoxdur. VOİCEPRESS-in Dövlət Statistika Komitəsinə…

|
Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Ötən il ərzində Azərbaycanda 3 711,6 kq qızıl hasil edilib ki, bu da 2018-ci il ilə müqayisədə 6,8% çoxdur.

VOİCEPRESS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 3 857,8 kq gümüş istehsal edilib. İllik müqayisədə bu göstərici də 19,5% artıb.

Statistikaya əsasən, 1 yanvar 2020-ci il tarixinə qızılda 79,5 ton, gümüşdə isə 56,5 ton hazır məhsul ehtiyatı yaranıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl “AzerGold” QSC və Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR