DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Avropa Komissiyası İrana 10 milyon avro məbləğində yardım ayıracaq

Avropa Komissiyası İrana 10 milyon avro məbləğində yardım ayıracaq.VOİCEPRESS-in “Tehran Times” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası bu…

|
Avropa Komissiyası İrana 10 milyon avro məbləğində yardım ayıracaq

Avropa Komissiyası İrana 10 milyon avro məbləğində yardım ayıracaq.

VOİCEPRESS-in “Tehran Times” qəzetinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası bu pulu İranda məskunlaşan Əfqanıstan qaçqınlarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün ayırıb. Həmin vəsait hesabına İrana pənah gətirmiş Əfqanistanın qaçqın ailələrinə təhsil, səhiyyə və hüquqi xidmətlər göstəriləcək. Kənd yerlərində məskunlaşanlar isə qida və içməli su ilə təmin olunacaqlar.

Xatırladaq ki, Avropa Komissiyası bu ilin büdcəsindən Cənub-Qərbi və Mərkəzi Asiya regionunda baş verən silahlı qarşıdurmalar və təbii fəlakətlər zamanı qaçqın və məcburi köçkün düşən insanlara 44 milyon avro həcmində humanitar yardım ayırıb. Həmin yardımın 10 milyonu İrana veriləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR