DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək. VOICEPRESS-IN TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya hökumətinin rəsmi…

|
Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.

VOICEPRESS-IN TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, səfər yanvar ayının 24-də baş tutacaq.

Ş. Zaybert qeyd edib ki, səfər çərçivəsində A. Merkel Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək, görüşdən sonra Almaniya və Türkiyə liderləri mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Səfər zamanı A. Merkelin Almaniya-Türkiyə ticarət palatasının dəvəti ilə işgüzar dairələrin nümayəndələri ilə də görüşü planlaşdırılır.

Eyni zamanda Almaniya kansleri Türkiyə Prezidenti ilə birlikdə Türk-Alman Universitetinin kampusunun açılış mərasimində iştirak edəcək.

Xatırladaq ki, yanvarın 19-da Almaniyanın paytaxtı Berlində Liviya ilə bağlı keçiriləcək sammitə Türkiyə Prezidenti də qatılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR