Alyaska sahillərində Berinq dənizi 6,8 bal gücündə zəlzələ baş verib.
VOİCEPRESS bildirir ki, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.
Zəlzələ UTC vaxtı ilə saat 22.24 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Aleut adalarının tərkibinə daxil olan və ABŞ-ın Alyaska ştatının ərazisi sayılan Attu adasından 199 kilometr şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
VOİCEPRESS.AZ