DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Almaniya Ukraynaya hərbi yardım etməkdən imtina etdi

Rusiya-Ukrayna müharibəsində ABŞ, NATO və Aİ vahid mövqedən çıxış edərək Rusiyanın işğalına və müharibəyə qarşı birləşmişdilər. Ancaq bu ittifqada il çatlar…

|
Almaniya Ukraynaya hərbi yardım etməkdən imtina etdi

Rusiya-Ukrayna müharibəsində ABŞ, NATO və Aİ vahid mövqedən çıxış edərək Rusiyanın işğalına və müharibəyə qarşı birləşmişdilər. Ancaq bu ittifqada il çatlar Almaniya tərəfdən yarandı.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın kansleri Olaf Şolzun dünən axşam verdiyi açıqlamaların əks-sədaları davam edir. Şolz Ukraynanın Donbası müdafiə etməsi üçün lazım olan silahları almaq üçün yaradılmış beynəlxalq koalisiyaya qoşulmaqdan imtina edib. Almaniyanın maliyyə yardımına hazır olduğunu, lakin hələ də Kiyevə tank və zirehli hərbi personal göndərməyə hazır olmadığını bildirən Almaniya lideri bu mövzuda bütün qərarların tək deyil, müttəfiqlər və dostlarla məsləhət etdikdən sonra veriləcəyini bildirib.

Olaf Şolz bu qərarı açıqlayarkən, Britaniya və ABŞ artıq Ukraynaya NATO standartlarına uyğun silahlar göndərmək qərarına gəlmişdilər. ABŞ prezidenti Co Bayden Ukraynaya “Howitzer” tipli artilleriya mərmilərinin göndəriləcəyini, İngiltərə Baş naziri Boris Conson isə ölkəsinin Rusiyaya qarşı döyüşən Ukraynaya daha çox sursat göndərəcəyini bildirib. Britaniyanın Ukraynaya göndərəcəyi silahlar arasında “Stormer” reaktiv yaylım atəşi sistemləri də var. Bu silahların alçaqdan hava hücumları həyata keçirən rus qoşunlarına qarşı təsirli olacağı bildirilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR