Ağ Ev ötən gün Türkiyədə baş tutmuş referendumla bağlı hələ ki, şərh verməyəcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
“Hazırda orada beynəlxalq komissiya işləyir. Yekun rəyin 10-12 gün arasında veriləcəyi gözlənilir. Gözləyək, onlara işlərini yekunlaşdırmağa imkan verək”, deyə Ş.Spayser qeyd edib.
VOİCEPRESS.AZ