DOLAR
49,25 ₺
EURO
55,37 ₺
STERLİN
65,34 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ-ın Suriyaya dair prioritetləri açıqlandı

"İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir".VOİCEPRESS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib."Hesab edirik ki…

|
ABŞ-ın Suriyaya dair prioritetləri açıqlandı

“İŞİD terror qruplaşması ilə mübarizə ABŞ-ın əsas prioritetidir”.

VOİCEPRESS xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Hesab edirik ki, bizim birinci dərəcəli prioritet İŞİD üzərində qələbədir”, – deyə Tillerson CBS telekanalının müxbirinin ABŞ-ın Suriyaya qoşun yeritmək planının olub-olmamasına dair sualına cavab verərkən bildirib.

“Düşünürəm ki, İŞİD təhlükəsi azaldıqdan və ya ləğv edildikdən sonra diqqətimizi artıq Suriyada vəziyyətin sabitləşməsinə yönəldə bilərik”, – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillerson ötən həftə Ankarada rəsmi səfərdə olarkən bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin taleyini yalnız Suriya xalqı həll etməlidir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının artıq ABŞ üçün prioritet olmadığını qeyd etmişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR