İran Prezidenti Həsən Ruhani nüvə müəssisələrində 10 qat daha çox uran zənginləşdirmək potensialına malik 146 ədəd IR6 sentrifuqanın istehsala başlaması üçün təlimat verib.
VOİCEPRESS xəbər verir ki, İran prezidenti bu barədə Milli Nüvə Texnologiyaları Günü ilə əlaqədar çıxışında bildirib.
“Yeni nəsil sentrifuqalar uranı əvvəlkilərdən 10 qat daha çox zənginləşdirə bilər. IR9 sentrifuqalarını istehsal etmək potensialına malikik”, – deyə Ruhani qeyd edib.