İran Böyük Britaniyaya nota verib

13 Ocak, 15:20

VOICEPRESS-ın istinadən məlumatına görə, Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeyr İran XİN-ə çağrılıb.

Səfirə diplomatik qaydalara zidd və   qanunsuz  toplantıya qatılmasına görə özünə və təmsil etdiyi dövlətə etiraz notası verilib. R. Makeyrə 1961-ci il Vyana Konvensiyasına zidd olaraq qanunsuz toplantıda iştirak etdiyi açıqlanıb və Britaniya hökumətindən bu haqda izahat tələb olunub.