VOİCEPRESS xəbər verir ki, bu barədə Trend Türkiyənin Ali Seçki Şurasına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, ölkə xaricində səsvermə martın 27-dən aprelin 9-dək, sərhəd-keçid məntəqələrində martın 27-dən aprelin 16-dək davam edəcək.
Türkiyədən kənarda 3 milyona yaxın seçici yaşayır. Onlar 57 ölkədə Türkiyənin 119 diplomatik nümayəndəliyində səs verə bilər.
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları aprelin 9-u Bakıdakı səfirlikdə, eləcə də Gəncə və Naxçıvandakı konsulluqlarda səs ver bilərlər. Azərbaycanda 6 mindən çox türk vətəndaşı yaşayır.
Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum aprelin 16-ı keçiriləcək.
VOİCEPRESS.AZ