DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Türkiyədən üzr istəməyəcəyik” – Hollandiyadan Ərdoğana cavab

Hollandiya baş naziri Mark Ryutte iki türk nazirin Niderlanda buraxılmamasına görə rəsmi Ankaradan üzr istəməkdən imtina edib.VOİCEPRESS Türkiyə KİV-nə…

|
“Türkiyədən üzr istəməyəcəyik” – Hollandiyadan Ərdoğana cavab

Hollandiya baş naziri Mark Ryutte iki türk nazirin Niderlanda buraxılmamasına görə rəsmi Ankaradan üzr istəməkdən imtina edib.

VOİCEPRESS
Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hollandiyanın baş naziri “Mən gərginliyin aradan qaldırılmasına yardım etmək niyyətindəyəm, lakin üzr istəməyəcəyəm” deyə Türkiyə rəhbərliyinə cavab verib.

O xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanı nasiszm və faşizmin qalığı adlandırıb.

Hollandiyanın xarici işlər naziri Bert Kunders də baş nazirin mövqeyini dəstəkləyib: “Üzr istəməyimiz tamamilə istisna edilir”.

Qeyd edək ki, Çavuşoğlu ötən gün Rotterdamda Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları konstitusiyaya dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. Lakin Hollandiya hökuməti Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiyanın bu addımından sonra iki ölkə arasında diplomatik qalmaqal yaşanır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR