Türkiyə ziyarətindən qayıdan Liviyanın Misurata bələdiyyə sədri Məhəmməd İştəviyə ölkəsində sui-qəsd təşkil edilib.
VOİCEPRESS.AZ xəbər verir ki, hava limanında silahlı şəxslər tərəfindən qaçırılan siyasətçinin cansız bədəni xəstəxanalardan birinin yaxınlığında tapılıb.
Məlumata görə, siyasətçinin bədənində güllə yaraları aşkarlanıb. Sui-qəsd zamanı İştəvinin yanında olan qardaşı isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Liviyanın 3-cü böyük şəhəri olan Misuratanın bələdiyyə sədri Türkiyə səfəri çərçivəsində Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.
VOİCEPRESS.AZ