Türkiyənin Malatya əyalətinin Darende rayonunda avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, qəza Darende-Malatya avtomobil yolunun Bağlarbaşı hissəsində qeydə alınıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım, xilasedicilər cəlb edilib.
Avtobusun sərnişinləri İstanbuldan Malatyaya göndərilən cənazənin yaxınları olublar.
VOİCEPRESS.AZ